Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

Britaniyanın AB-də qalmasından danışdı


David Cameron (solda) və Donald Tusk

David Cameron (solda) və Donald Tusk

-

Avropa Birliyinin Prezidenti Donald Tusk deyir ki, Britaniyanın blokda saxlanması üçün çox iş görülməlidir. AB liderləri ilə danışıqlar ötən gecəyədək davam edib.

“Bu gün ancaq onu deyə bilərəm ki, müəyyən irəliləyiş əldə etmişik, ancaq hələ çox iş görülməlidir”, Tusk fevralın 19-da Brüsseldə jurnalistlərə deyib. Tusk sammit başlanmazdan razılaşma əldə ediləcəyinə ümidini də bildirib.

İspaniyanın Baş naziri Mariano Rajoy razılaşma əldə olunacağına nikbinliyini ifadə edib. Ancaq İtaliya və İrlandiya liderləri daha bədbin olduqlarını söyləyiblər.

Britaniya AB-də qalmaqdan ötrü islahatlar tələb edir.

Tusk deyib ki, Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker ilə birlikdə fevralın 19-da bir neçə ikitərəfli görüş keçirəcək. Britaniya Baş naziri David Cameron-un islahat tələblərini də müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG