Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

-

BMT-nin Baş katibi Ban Ki-moon xəbərdarlıq edir ki, Suriyada hərbi əməliyyatların genişlənməsi atəşkəsə və sülh danışıqlarına təhlükə yaradır.

“Bir neçə tərəfin hərbi fəaliyyəti gücləndirməsi və gələcəkdə daha artıq gücdən istifadəylə hədələmə davamlı siyasi həllin tapılması cəhdlərinə zərbə vura bilər”, Ban BMT-nin Təhlükəsizlik Şurasında deyib. Dekabrda 17 ölkə razılaşıb ki, Suriyada sülhə nail olunması üçün yol xəritəsi hazırlansın. Ban Ki-moon da həmin qətnamənin icrasıyla bağlı ilk hesabatını təqdim edib.

Həmin ölkələr fevralın 12-də bir həftəyə Suriyada atəşkəsə başlanması üzrə də razılaşma əldə ediblər. Ancaq Ban qeyd edib ki, hələlik atəşkəsə əməl olunduğu görünmür – Suriya hökumət qüvvələri kampaniyanı davam etdirir, Rusiya hava zərbələri ilə onları dəstəkləyir və Hələbdə üsyançı qüvvələr mühasirəyə alınır. Türkiyə isə sərhədinə doğru irəliləyən kürd döyüşçüləri bombalayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG