Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:41

İtaliya prokurorluğu Türkiyə prezidentinin oğlu Bilal Erdoğanı çirkli pulların yuyulmasında ittiham edir

Qərb mediası yazır ki, İtaliya prokurorluğu Türkiyə prezidentinin oğlu Bilal Erdoğanı çirkli pulların yuyulmasında ittiham edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu Bilalın İtaliyaya qanunsuz olaraq milyonlarla dollar pul gətirdiyi iddia edilib.

İtaliyanın Bolonya şəhərində prokurorlar çirkli pulların yuyulması iddiaları ilə bağlı təhqiqat aparırlar.

Media xəbərlərində deyilir ki, hazırda 35 yaşlı Bilal Erdoğan ailəsi ilə birlikdə Bolonyadadır və orada John Hopkins Universitetinin İtaliya filialında doktorluq müdafiə etməyə hazırlaşır.

İtaliyanın o zamankı baş naziri Berlusconi 2003-cü ildə Bilal Erdoğın toyunda iştira edib

İtaliyanın o zamankı baş naziri Berlusconi 2003-cü ildə Bilal Erdoğın toyunda iştira edib

Bu da bildirilir ki, cinayət işinin açılmasına Erdoğan ailəsinin qatı opponenti, türkiyəli biznesmen Murat Hakan Uzanın iddia ərizəsindən sonra başlanıb.

Hazırda Fransada könüllü sürgündə yaşayan Uzan Erdoğan rejimi tərəfindən təqiblərə məruz qaldığını söyləyir.

O İtaliya hakimiyyət orqanlarına təqdim etdiyi ərizədə bildirib ki, Bilal Erdoğan İtaliyada Türkiyədən çıxarılmış külli miqdarda pulların yuyulıması ilə məşğuldur.

Bilal Erdoğanın vəkili Giovanni Trombini bu barədə hər hansı şərh verməkdən boyun qaçırıb və deyib ki, “mühakimə mətbuatda yox, məhkəmədə keçirilməlidir”.

Türkiyə hökumətinin tənqidçiləri və müxalifət iddia edirlər ki, gənc Erdoğan İtaliyaya 2013-cü ildə Türkiyədə başlanmış korrupsiya qalmaqalından yayınmaq üçün köçüb.

Bundan əvvəl internetdə yayılmış audioda prezident Erdoğanla oğlunun söhbətinin yazıldığı iddia edilmişdi.

Bu audioda prezident Erdoğan olduğu iddia edilən şəxs, onun oğlu olduğu iddia edilən şəxsə telefon söhbətində pulları gizlətməsi göstərişini verirdi.

Bu söhbətin 2013-cü ildə yer aldığı iddia olunurdu.

Həmin vaxt Türkiyədə qalxmış böyük korrupsiya qalmaqalında bəzi nazirlər və onların ailə üzvləri rüşvətdə ittiham edilmişdilər.

Prezident Erdoğanın dörd oğlundan biri olan Bilal neft daşımaları biznesi ilə məşğuldur.

Dekabr ayında Rusiya Erdoğan ailəsini İŞİD-in Suriya və İraqdan oğurladığı nefti satmaqda ittiham etmişdi.

Bilal Erdoğan bütün iddiaları rədd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG