Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Fransa prezidenti Francois Hollande Avropa Birliyinin Brüsseldə keçirilən sammiti ərəfəsində deyib ki, Britaniyanın üzvlük şərtləri ilə bağlı razılığa gəlmək lazımdır.

Amma o qeyd edib ki, heç bir ölkənin birlikdə veto qoymaq hüququ olmamalıdır.

Böyük Britaniyanın baş naziri David Cameron bundan əvvəl bildirmişdi ki, əgər Britaniyanın birlikdə qalması şərtləri ilə bağlı razılaşma olmasa sammiti tərk edəcək.

London iyunadək Avropa Birliyində islahatlar aparılmasını təkid edir.

Cameron miqrant axınını səngitmək üçün sosial təzminatların azaldılması, avrozonaya daxil olmayan Britaniyaya maliyyə təminatı verilməsi və Avropa Birliyinin rəqabət qabiliyyətinin artırılmasını tələb edir.

Amma Avropa Birliyinin üzvləri bu tələblərə müxtəlif cür yanaşırlar.

Avropa Birliyinin prezidenti Donald Tusk sammitin Avropanın gələcəyi baxımından həlledici olduğunu xəbərdarlıq edib.

Böyük Britaniya yayda birlikdə qalıb-qalmamaqla bağlı referenduma hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG