Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:09

-

Azərbaycanda 2016-cı ildə adambaşına düşən ümum daxili məhsulun həcmi 4,1 min dollara düşəcək.

2014-cü ildə bu 8 min dollar təşkil edirdi.

Bu haqda “Marja” Standard & Poor`s reytinq şirkətinə istinadən xəbər verir.

Reytinq agentliyi 2016-cı il üçün Azərbaycanda inflyasiya proqnozunu 15 faiz səviyyəsində müəyyən edib:

“Baxmayaraq ki, manatın devalvasiyası Azərbaycanın Mərkəzi Bankına xarici valyutada qalan ehtiyatları saxlamağa imkan verəcək. Büdcə göstəricilərinin dəstəklənməsinə şərait yaradacaq. Bu, həm də gəlirlərin mühüm dərəcədə azalmasına səbəb olacaq” - deyə S&P-nin məlumatında vurğulanır.

Reytinq şirkəti qeyd edir ki, 2013-2014-cü illərdə olduğu kimi Azərbaycan iqtisadiyyatı ümum daxili məhsulun 40, əmtəə ixracınınsa 95 faizini təşkil edən neft-qaz sektorundan asılı durumdadır. Bununla yanaşı son 6 ayda Mərkəzi Bankın xarici valyuta ehtiyatları təxminən 5 milyard dollar azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda adambaşına düşən ümum daxili məhsul 5,559 dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG