Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

Polşanın Tarix İnstitutu keçmiş prezident Lech Walesanın məxfi kommunist agenti olduğunu göstərən sənədlər aşkar edildiyini bildirir.

İnstitutun rəhbəri Lukasz Kaminski fevralın 18-də bildirib ki, onun məlumatlar olan səhifə və pul qəbzlərinə qol çəkdiyini göstərən sənədlər aşkar edilib.

Kaminskinin sözlərinə görə bu sənədlər bu həftə keçmiş kommunist daxili işlər naziri Çeslav Kiştakın (Czeslaw Kiszczak) evindən götürülüb.

Amma Walesa bu məlumatları rədd edir və heç bir sənədə imza atmadığını deyir.

1980-ci illərdə “Həmrəylik” azadlıq hərəkatına rəhbərlik edən keçmiş prezident 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

Bu hərəkat Polşada kommunist rejiminin yıxılmasında əsas rol oynayıb.

72 yaşlı keçmiş prezident istintaqla əməkdaşlıq barədə yazılı öhtəlik götürüb, amma bu işdə heç vaxt əli olmadığını təkid edir.

Məhkəmə 2000-ci ildə eyni işlə bağlı ona bəraət qazandırıb, həmin vaxt heç bir sübut aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG