Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:00

FHN-i hədələdi, həbsə düşdü


Olimpiya Stadionu
Olimpiya Stadionu

-

Aydın Xudiyevin məhkəməsi başlanıb. Bu şəxs Avropa Oyunlarının açılış günü olimpiya stadionunun partladılacağını söyləyib FHN-i mərasimi dayandırmağa çağırmışdı.

Trend-in xəbərinə görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hal şahidi kimi dindirilən Elnur Həsənov olaydan çox vaxt keçdiyindən heç nə xatırlamadığını bildirib.

Təqsirləndirilən A.Xudiyev axtarış prosesinə Elnur Həsənovun qatılmadığını əsas gətirərək, ittihamları qəbul etmədiyini söyləyib. Müdafiə tərəfi məhkəməyə gəlməyən digər hal şahidinin gətirilməsi haqqında vəsatət qaldırıb. Bu istək qismən təmin edilib. Fevralın 23-də məhkəmə davam edəcək.

İstintaq sənədlərinə görə, Aydın Xudiyev 2015-ci il iyunun 12-də FHN-ə zəng edərək diktofonla səs dinlədib. O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmağın vacib olduğunu söyləyib. İyunun 15-də əməliyyat keçirilib və A.Xudiyevsaxlanıb.

Onun evindən «Sony» markalı diktofon və «Panasonic» markalı kaset aşkarlandığı bildirilir. 1960-cı ildə doğulan A.Xudiyev «Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə» İctimai Birliyinin rəhbəri olub.

XS
SM
MD
LG