Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

-

«Terrorla mübarizədə inandığımız yoldan bizi heç kəs döndərə bilməz».

Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Xəbəri APA yayıb.

Cənab Çavuşoğlu bildirib ki, Türkiyə PKK və PYD-YPG arasında heç bir fərq görmür:

«Bu mübarizəmizi hər zaman davam etdirəcəyik. Hər dövlətin öz daxilindəki terror təşkilatlarını təmizləmək ən təbii hüququdur. Sərhəddə yaşayan insanlar orada bizdən terror təşkilatlarını təmizləməmizi istəyir. PKK-dan ən çox təsirlənə oradakı kürd qardaşlarımızdır. Terroru təmizləyənə qədər mübarizəmizə davam edəcəyik. Azərbaycanla bu barədə heç bir fikir ayrılığımız yoxdur».

XS
SM
MD
LG