Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

-

Ankarada 28 nəfərin həyatına son qoymuş bomba hücumundan sonra Türkiyə hərbi təyyarələri İraqın şimalındakı kürd mövqelərini bombalayıb.

Ordunun məlumatına görə, təyyarələr fevralın 17-də gecə Haftanin ərazisində PKK-nın 60-70 yaraqlısını hədəfə alıb.

Baş nazir Ahmet Davutoglu Ankara hücumu ilə əlaqədar 9 nəfərin saxlandığını bildirib. O, hücumu Suriyanın YPG kürd yaraqlılarının Türkiyədəki PKK-çılarla birlikdə həyata keçirdiyini vurğulayıb.

Prezident Recep Tayyip Erdogan xəbərdarlıq edib ki, Türkiyə “istənilən yerdə və istənilən halda özünümüdafiədən çəkinməyəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG