Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Sulu qar yağacaq


Yağış
Yağış

-

Fevralın 19-da Bakı və Abşeronda yağış gözlənilir. Gecə bəzi yerlərdə yağıntıların sulu qara keçəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərə görə, paytaxt və yarımadada arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda isə gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Ölkə rayonlarında sabah yağış və sulu qar gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti gözlənilir. Yüksək dağlıq ərazilərdə gecə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

XS
SM
MD
LG