Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

-

Azərbaycana yeni gətirilən poliomielit peyvəndinin istifadəsinə başlanılıb.

Bunu «Report»a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

O, qeyd edib ki, fevralın 15-dən etibarən ölkə ərazisində yeni peyvəndin tətbiqinə başlanıb.

Yeni vaksin ölkədə fəaliyyət göstərən bütün peyvənd məntəqələrinə paylanıb. Vaksin pnevmokok peyvəndi ilə eyni gündə 6 ayı tamam olan uşaqlara yalnız bir dəfə vurulur: «Artıq bütün poliklinikalarda peyvənd var. Yəni, peyvənd vurulması vaxtı çatan bütün uşaqlar poliklinikalara dəvət olunur».

Hollandiya istehsallı peyvənd 5-dozalı flakonda qablaşdırılıb. Vaksini «Bilthoven Biologicals» şirkəti hazırlayıb.

Poliomielit uşaq iflici xəstəliyidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG