Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

-

SOCAR rəhbərliyinin göstərişi ilə itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən bir nəfər bacarıqları nəzərə alınmaqla işə qəbul olunacaq. «Report» bu xəbəri şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirliyə isnadən yayıb.

Asif Bəkirlinin deməsinə görə,SOCAR itkin düşən neftçilərin ailələrinə yardım edir.

O, həmçinin qeyd edib ki, hazırda itkin düşən neftçilərin axtarışları SOCAR, FHN və Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən davam etdirilir.

2015-ci il dekabrın 4-də Xəzərin «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş verib. 34 nəfər xilas edilib, 7 nəfərin meyiti dərhal, 6 meyit isə daha sonra tapılıb. 17 nəfər hələ də itkin düşmüş sayılır.

XS
SM
MD
LG