Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:52

Novruz şənliklərinə hazırlıqlar başlayıb


Bakıda Novruz şənliyi.
Bakıda Novruz şənliyi.

-

Novruz bayramının keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ənənəvi proqramı hazırlayır.

Trend-in xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

Nazir müavinin deməsinə görə, martın 19-da Qız Qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq gedir. Ölkənin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərin və qalereyaların iştirakı ilə geniş şəkildə hazırlıq aparılır.

Novruz şənliyində bölgələri əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş ediləcək.

Bu il iyunun 17-dan 19-na kimi Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-pri yarışlarına həsr olunan xüsusi stendlərin də Novruz şənliklərində nümayiş etdirilməsi gözlənilir.

XS
SM
MD
LG