Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

-

«Standard&Poor's» (S&P) beynəlxalq reytinq agentliyi «Kapital Bank» ASC-nin kredit reytinqini «BB-/B» səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz «stabil»dən «neqativ»ə endirilib.

APA-nın xəbərində bildirilir ki, reytinq üzrə proqnozun dəyişməsinə səbəb bankın kredit portfelinin təzyiqə məruz qalmasıdır. Bununla yanaşı, agentliyin analitikləri hesab edir ki, bankın kapital bazası riskləri neytrallaşdırmağa imkan verir.

S&P-nin proqnozlarına görə, 2016-cı il ərzində bankın problemli kreditləri 2015-ci il iyunun 30-na olan 9 faizlik göstəricidən 13-15 faizə yüksələ bilər.

«Problemli kreditlərin artması əhali gəlirlərinin azalması ilə bağlıdır. Bu, bütün bank sektoru üçün səciyyəvidir», - deyə analitiklər bildirib.

Azərbaycan əməliyyat mühiti, o cümlədən «Kapitalbank»ın maliyyə göstəriciləri yaxşılaşdığı halda, S&P bankın reytinqi üzrə proqnozunu «stabil» səviyyəsinə qədər qaldıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG