Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Polis maşınını çəkiclə əzən adamı nə gözləyir?


-

Nərimanov rayon Polis İdarəsi polis avtomobilini çəkiclə əzən şəxsə qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açıb. Xəbəri APA yayıb.

Polisdən bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitəaşkarlanıb.

Məlumata görə, Ş.Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub.

Ş.Bəylərovun ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışdığı bildirilir: «Ş.Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. O, ifadələrindən birində Yol Polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Ş.Bəylərovu ümumiyyətlə, tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib».

Polisin məlumatına görə, Ş.Bəylərovun psixi vəziyyəti də yoxlanacaq. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.

Ölkə mediası fevralın 17-də bir şəxsin Yol Polisi əməkdaşının idarə etdiyi avtomobili çəkiclə əzdiyinin görüntülərini yayıb. Polis həmin şəxsin Şahin Bəylərov olduğunu deyir.

Şahin Bəylərovun vəkil və ailə üzvilərinin baş verənlərə münasibəti isə ictimaiyyətə hələ ki, bəlli deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG