Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

-

İraqın kürd regionunun hökuməti Baş nazir Haider al-Abadi-ni vədinə əməl etməyə çağırıb. Abadi 400 min dövlət qulluqçusunun maaşını ödəmək təklifini irəli sürmüşdü. Bu həftə dövlət televiziyasında çıxışında demişdi ki, Kürdüstan Regional Hökuməti müstəqil neft ixracını dayandıracağı halda bu ödənişi etməyə hazırdır.

Kürd rəsmiləri fevralın 17-də Bağdadın bu məsələdə nə dərəcədə ciddi olduğunu sual ediblər.

Ancaq Bağdadın öz büdcəsinin durumu da yaxşı deyil. Bir hesablamaya görə, Bağdad öz işçilərinin maaşlarını ödəməkdən ötrü neft ixracından yetərli qazanmır.

Maaşların ödənməsi üçün kürd regionuna 890 milyon dinar (760 milyon dollar) lazımdır.

Bağdadla Ərbil illərdir neft gəlirlərinin bölüşdürülməsi uğrunda mübarizə aparırlar. Bağdadın son addımı da bu məqsədə xidmət edir. Belə ki, kürd hökuməti mərkəzdən müstəqil şəkildə nefti Türkiyəyə ixrac etmək qərarına gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG