Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

-

İraq beynəlxalq nüvə agentliyini xəbərdar edib ki, noyabrda sənaye radioqrafik qurğusu oğurlanıb. Bu qurğuda potensial ölümcül radioaktiv maddələrin olduğu bildirilir.

İraq rəsmilərinin Reuters agentliyinə bildirdiyinə görə, “yüksək təhlükəli” maddələrin İslam Dövləti (İŞİD) silahlı qruplaşması tərəfindən istifadə oluna biləcəyindən narahatdırlar.

Beynəlxalq Atom Enerjisi Agentliyi fevralın 17-də bildirib ki, İraq materialın oğurlanması barədə noyabrda məlumat verib, ancaq onun tapılması üçün kömək istəməyib.

Həmin qurğu laptop boyda bir çantada saxlanırmış, Bəsrə şəhəri yaxınlığında yoxa çıxıb.

Qurğu ABŞ-ın neft yataqlarına xidmət şirkəti olan Weatherford-a məxsus olsa da, şirkət oğurluq üçün məsuliyyət daşımadığını bildirib, çünki onun saxlandığı bunker şirkətə məxsus olmayıb, ona nəzarət etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG