Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:48

İlham Əliyev Ankaradakı terroru pislədi   


Ankara, partlayış yeri, 17 fevral, 2016-cı il

Ankara, partlayış yeri, 17 fevral, 2016-cı il

-

Azərbaycan Prezidenti İlham Əliyev Ankarada törədilən terror aktını pisləyib. Həlak olanların ailə üzvlərinə, Prezident Recep Tayyip Erdogana, Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. Xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.

Daha öncə Türkiyə Prezidenti Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gələ bilməyəcəyini deyib. Bunu telefon danışığında həmkarı İlham Əliyevə bildirib.

Prezidentlər Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər.

Fevralın 18-də Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulurdu. Amma fevralın 17-də Ankarada 28 nəfərin həlak olması, 60-dan çox adamın yaralanması ilə nəticələnən terror aktı baş verdi.

Məhz bu terror aktı ilə bağlı Türkiyə prezidenti səfərini təxirə salıb

Günün bütün mövzuları

XS
SM
MD
LG