Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

-

ABŞ ordusunun sözçüsü deyir ki, bu həftə qüvvəyə minəcək atəşkəs sazişinə baxmayaraq, Rusiya Suriyaya hava zərbələrini azaltmayıb. Atəşkəs fevralın 18-dən qüvvəyə minməlidir. Razılaşmanı Rusiya, Birləşmiş Ştatlar və Türkiyə əldə edib.

ABŞ qüvvələrinin Bağdaddakı sözçüsü polkovnik Steve Warren deyib ki, Rusiya zərbələri dayandırmaqdan ötrü hazırlıq görənə oxşamır. O, hava zərbələrinin, əksinə, şiddətləndiyini bildirib.

Rusiya terrorçu qruplaşmaları vurduğunu desə də, ABŞ və müttəfiqlər Assad rejiminə qarşı çıxan mötədil qruplara da zərbə endirildiyini bildirir.

Son günlər Hələbə zərbələr nəticəsində on minlərlə suriyalı Türkiyə sərhədinə qaçıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG