Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

-

Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbəri Teymur Həsənov Volqoqrad şəhərində məhkəmə icraçılarına rüşvət verərkən saxlandığı deyilir.

Bu haqda APA Rusiyadakı mənbələrə istinadən xəbər verir.

Volqoqrad vilayətinin İstintaq İdarəsindən Nataliya Kunitskaya bildirib ki, T.Həsənov ticarət pavilyonlarının sahibi olub. O, məhkəmə icraçılarına qanunsuz olaraq 160 min rubl məbləğ təklif edib. Rüşvət verilən zaman azərbaycanlı iş adamının vasitəçi ilə birgə saxlandığı bildirilir.

İddialara görə, saxlanılan hər iki şəxs günahlarını etiraf ediblər. İstintaq İdarəsindən saxlanılanlar barəsində ev dustağı tədbirinin seçilməsi məsələsinə baxıldığını bildiriblər.

Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad vilayəti üzrə regional bölməsi də Teymur Həsənovun saxlanılması ilə bağlı faktı təsdiqləyib.

Ancaq saxlananların vəkillərinin mövqeyi açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG