Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

UEFA Moskvanın “Lokomotiv” klubunun oyunçusu Dimitry Tarasovun “Fənərbaxça” ilə görüşdən sonra hərəkətini araşdırır.

Tarasov fevralın 17-də keçirilən görüşdən sonra köynəyini çıxararaq üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli və” Ən nəzakətli prezident” sözləri yazılmış köynəyi nümayiş etdirib.

UEFA-dan verilən məlumata görə məsələyə martın 17-də baxılacaq.

Tarasov qeyri-etik hərəkətdə ittiham olunur.

Məlumatda bildirilir ki, oyunçlar siyasi, dini və digər şəxsi şüarları əks etdirən köynəklər nümayiş etdirməməlidirlər.

Bu cür hərəkətlərə görə oyunçu 10 və ya daha artıq görüşdən kənarlaşdırıla bilər.

Məlumatlara görə “Lokomotiv” klubunun da rəhbərliyi Tarasovun hərəkətini qəbul edilməz sayır və bu məsələdə UEFA ilə şərikdir.

Qeyd edək ki, Avropa Liqası qrup mərhələsi çərçivəsində İstanbulda keçirilən oyun 2:0 hesabı ilə “Fənərbaxça”nın xeyrinə qurtarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG