Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14

-

Fevralın 18-də “Azadlıq” qəzeti çap olunmaya bilər.

Qəzetin yaydığı məlumatda görə, Azərbaycan Nəşriyyatı onlara xəbərdarlıq edib. Xəbərdarlıq məktubunda bildirilir ki, qəzetin fevralın 1-nə qədər nəşriyyata çap xərclərinə görə 18 342, kommunal xərclərə görə isə 1064 manat borcu yığılıb.

Nəşriyyat rəhbərliyi xəbərdar edib ki, borclar ödənməsə fevralın 18-dən etibarən “Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, belə bir vəziyyət redaksiyanın iradəsindən asılı olmadan yaranıb:

““Qasid” mətbuat yayım firması “Azadlıq” qəzetinə olan 69000 manat borcunu ödəməkdən imtina edir. Br yandan da ikinci devalvasiyadan sonra kağız və çap xərci kəskin bahalaşıb. Başqa bir ciddi problem reklam bazarının üzümüzə bağlı olmasıdır. Bütün bunların nəticəsində redaksiya ağır maliyyə böhranı şəraitində fəaliyyət göstərir”

Rahim Hacıyev deyib ki, redaksiya ağır maddi çətinlikdədir. Kollektiv hazırda simvolik maaşla fəaliyyətini davam etdirir.

“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG