Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

N.Köçərli prezidentə müraciət etdi: Hər an mənə saxta cinayət işi aça bilərlər


Nigar Köçərli
Nigar Köçərli

-

"Ali&Nino" kitab dükanları şəbəkəsinin direktoru Nigar Köçərli Daxili İşlər Nazirliyinin bəyanatına cavab olaraq, nazirə və prezidentə müraciətlə bəyanat yayıb. Bəyanatda deyilir:

"DİN-in mənim ünvanıma yalan və böhtanla dolu emosional bəyanatından sonra mən anladım ki, vəziyyət düşündüyümdən də mürəkkəb və təhlükəlidir.

Mən DİN-ə müharibə elan etməmişdim, sadəcə cinayətin araşdırılmasına nail olmağa çalışırdım. İndi belə çıxır ki, mən özüm cinayətkaram? Belə çıxır ki, istənilən vaxt mənə qarşı saxta cinayət işi açıla bilər? Məni və "Ali&Nino"nu hansısa təxribata çəkə bilərlər?

Mən gizlətmirəm, DİN-in dünənki bəyanatından sonra ailəm və mən qorxu içindəyik. Bu gecə atam və qardaşım mənim yanımda olublar, çünki təhlükəsizliyim üçün narahatdırlar.

Bir çoxları mənə ölkədən getməyi məsləhət görürlər, mənsə bu haqda heç düşünmək də istəmirəm, - qoy o adamlar getsinlər ki, cinayət törədirlər."

Nigar Köçərli bəyanatında nazir Ramil Usubova müraciətlə deyir ki, rəisin otağında videokameranın olmasına ümid edir və videoyazıya baxış keçirilməsini tələb edir.

N.Köçərli deyir ki, sahibkarlıq fəaliyyəti dövründə president.az səhifəsi vasitəsilə bir neçə dəfə məmur özbaşınalığı qarşısında prezidentdən kömək istəyib və istəyinə çatıb. İndisə nazirlikdən prezidentə şikayət edir:

"DİN-in bəyanatından sonra özümü təhlükədə hiss edirəm, xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizə götürəsiniz."

XS
SM
MD
LG