Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:23

Bakı Avropa Məhkəməsindən şikayətlənir


Avropa Insan Haqları Məhkəməsi

Avropa Insan Haqları Məhkəməsi

-

“Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir”.

Bu sözləri Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov söyləyib.

APA-nın xəbərinə görə, Ç.Əsgərov parlamentdə keçirilən Xocalı ilə bağlı dinləmələrdə beynəlxalq məhkəmənin Azərbaycan - Ermənistan münaqişəsi kontekstində olan şikayətlərə ədalətli yanaşmamasından şikayətlənib:

”Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki mülki hüququn pozulması, hətta şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrı-seçkilik məsələsi qaldırılıb. Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir” - deyə Ç.Əsgərov vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG