Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

-

Xocalı faciəsini törədənlərdən 39 nəfər barəsində axtarış davam edir.

Bu haqda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən ictimai müzakirədə məlumat verib.

O, bildirib ki, Hərbi Prokurorluq bu cinayəti törətməkdə şübhəli olan 231 nəfərin anket məlumatlarının tam müəyyən edilməsi və gizləndiyi yerlərin müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağdakı 366 alayın köməyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal edib. Şəhər tərk etmək istəyən dinc insanlar kütləvi şəkildə qətlə yetirilib . Həmin hadisələr zamanı 613 insan qətlə yetirilib. 1275 əsir düşüb, 150 nəfər itkin düşüb.

Bu faciə ilə bağlı cinayət işi 1992-ci il fevral ayının 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyi birgə istintaq-əməliyyat qrupu yaradıb. Bütün cinayət işləri bir icraatda birləşdirilib. 2005-ci ilin mayında cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG