Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:43

Ukraynanın keçmiş baş naziri Yuliya Timoshenkonun “Batkivşina” partiyası hakim koalisiyadan çıxıb.

Partiya hakim koalisiyanı xalqı uçuruma, dağılmaq həddinə çatdırmaqda ittiham edir.

Bunu fevralın 17-də partiyanın lideri Yulia Timoshenko bəyan edib.

O digər deputatları da koalisiyadan çıxmağa çağırıb və onu “klan kolaisiyası” adlandırıb.

Qeyd edək ki, “Batkivşina” və radikal “ Özünəkömək” partiyalarının fraksiyaları bundan əvvəl baş nazir Arseniy Yatsenyukun etimadsızlıqdan yayına bilməsinə görə parlamentin sesiyasını baykot ediblər.

“Özünəkömək” partiyası bu səsverməni hökumətin abırsızcasına devrilməsi adlandırıb və prezident Petro Poroshenkonu bunda iştiraka görə ittiham edib.

Qeyd edək ki, fevralın 16-da keçirilən etimad səsverməsində 194 deputat Yatsenyukun əleyhinə səs verib. Onun getməsi üçünsə azı 226 səs lazım idi.

Amma deputatlar ümumilikdə hökumətin 2015-ci ildə işini məqbul hesab etməyiblər.

Qaydaya görə növbəti sesiyada bununla bağlı yenidən məsələ qaldırıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG