Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

-

«Azərbaycan bölgədə sülh və atəşkəsin bərqərar olmasını istəyir. Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə Azərbaycanın Suriya böhranı ilə bağlı mövqeyini açıqlayarkən belə deyib.

H.Hacızadə diqqəti Azərbaycan prezidentinin mövqeyinə çəkib.
«İlham Əliyev fevralın 4-də Londonda «Suriyaya və regiona dəstək» adı altında keçirilən konfransda çıxış edib. Suriya böhranı ilə bağlı mövqeyi və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar Azərbaycanın təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb» - deyə XİN sözçüsü vurğulayıb.

Yada salaq ki, xarici işlər nazirinin müavini Araz Əzimov Suriyadakı durumla bağlı bir neçə gün öncə əcnəbi mediaya demişdi:
«Bashar al-Assad prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Assad-ın varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik».

Müxalif siyasətçilər A.Əzimovun bu açıqlamasını narazılıqla qarşılamışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG