Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25

-

Səbail Rayon Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşları Orxan Osmanov, Akif Əliyev, İlham Mahmudov və Mehman Abdullayevin həbs müddətini uzadıb. «Report»un xəbərinə görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda həbs müddətləri daha üç ay artırılıb.

2015-ci il oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra MTN-in bir sıra ayrı-ayrı vəzifəli şəxsləri həbs edilmişdilər. Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilə və başqa ittihamlar irəli sürülüb.

Daha əvvəl MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Teymur Quliyev və İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovun da həbs müddəti uzadılıb.
Bütünlükdə bu məsələ üzrə 65 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

XS
SM
MD
LG