Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Yeni büdcədə gömrük və vergin də payı artıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 1 mlrd. 810 mln. manatı Gömrük Komitəsinin payına düşəcək. Xəbəri APA-a yayıb.

Fevralın 23-ü parlament «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanunda dəyişikliklər layihəsinə baxacaq.

Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulandan 220 mln. manat çoxdur.

Yeni layihədə Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payında da artım var. Ümumilikdə vergidən 7 mlrd. 10 mln. manat vəsaitin gəlməsi nəzərdə tutulur. Bu isə təsdiq olunan büdcədə nəzərdə tutulandan 408 mln. manat çoxdur.

Yada salaq ki, layihədə Neft Fondundan transferlərin həcimi də artırılıb. Bu artımda isə söhbət 1 milyard 615 milyon manatdan gedir...

XS
SM
MD
LG