Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

-

AXCP Sabirabad rayon şöbəsinin fəallarından Sahib Rüstəmlinin oğlu Rail Rüstəmovun həbs səbəbi açıqlanmır. AzadlıqRadiosunun sorğusuna cavab olaraq Sabirabad polisi həbs faktını təsdiqləsə də, başqa açıqlama verməyib.
Yada salaq ki, fevralın 16-da Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Rail Rüstəmova inzibati qaydada 20 sutka həbs cəzası verilib. Bundan əvvəl isə o, polisə aparılıb.

Oğlunun niyə həbs olunması və harada saxlanması barədə S.Rüstəmliyə də məlumat verilmir. Bunu AXCP İdarə Heyətinin üzvü Gözəl Bayramlı AzadlıqRadiosuna deyib.

Fevralın 16-da eyni zamanda həm S.Rüstəmlinin, həm də həbs edilən oğlu R.Rüstəmovun avtomobilləri əllərindən alınaraq cərimə meydançasına aparılıb.

AXCP İdarə Heyətinin üzvü Gözəl Bayramlı deyir: «Bu qanunsuzluq, zorakılıq, hüquqsuzluqdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG