Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16

-

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin «City Bus» MMC və «Baghlan Group FZCO» şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən prosesdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardad ləğv edilib. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Xəbəri «Report» yayıb.

«Azərbaycan Beynəlxalq Bankı» ASC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kredit borcunun qaytarılmasını tələb etmişdi. Məhkəmə ərizənin baxılmamış saxlanılması qərarını çıxarmışdı. Qərardan narazı qalan «Azərbaycan Beynəlxalq Bankı» ASC Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG