Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

-

Gəncədə yerləşən «İmamzadə» kompleksində təmir və bərpa işləri sona çatıb. Fevralın 17-də kompleksin açılışı gözlənilir. Xəbəri «Report» yayıb.

Kompleksin təmir və yenidən qurulmasına 2010-cu ildən başlanıb. Bütün işlər dövlət vəsaiti hesabına aparılıb. Kompleksin əhatə etdiyi ərazidə 41 günbəzdən ibarət məscid, qurbangah, ehsan evi, 500-ə qədər avtomobilin dayanmasına imkan verən 2 dayanacaq qurulub.

«İmamzadə» kompleksi Gəncə şəhərinin memarlıq abidələrindən sayılır. Kompleks orta əsrlər dövründən bir az da əvvələ təsadüf edən dini-tarixi abidələrdən hesab edilir. Tarixi mənbələrdə Gəncə İmamzadə Pirində İmam Məhəmməd Bağırın oğlu İbrahimin dəfn edildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG