Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

-

İlyas Həsənov, Ellada Həziyevanın "Əslində onlar kimdir?" kitabından
Yazıçı E.Heminqueyə atası uşaqlıqdan ona ovçu tüfəngində atmağı öyrətmişdi. ​10 yaşına çatanda uçan nişanların vurulmasında ustalığını göstərmiş və babası ona öz ovçu tüfəngini bağışlamışdı. Böyüdükcə idmanın başqa növlərinə də marağı yarandı.
Ernest Hemingway

Ernest Hemingway

Sonra o, boksla məşğul oldu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinliklər çəkəndə o, çörəyini boksla qazanırdı.

Bir dəfə orta və yüngül çəkili çempionlar arasında bir boks yarışı zamanı tamaşaçı olan Heminquey görür ki, 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək, Heminquey rinqə atılır və qəzəblənmiş boksçunun qabağını alır.

Əla üzməyi bacarırdı. Bir dəfə restorana qayıqla getmək istədiyi zaman dənizdə fırtına qopur. Ernest dostlarına sahil tərəfə üzməyi təklif edir.
Kostyumunu bir əlində tutur, o biri əli ilə üzə-üzə sahilə gedib çıxır. Sonra onun dostu yada salırdı ki, o, heç iki əlin köməyi ilə Heminqueyə üzüb çata bilmirmiş.
Orta yaşlı Heminquey haqqında Amerikanın ən yaxşı atıcısı olan Tailor Williams onun barəsində belə demişdi: "Bir dəfə mən Ernestin atdan sıçrayıb 100 yard qaçaraq, 270 yard məsafədə olan ovu necə ustalıqla vurmasının şahidi oldum və buna heyran qaldım."
Hətta o, iri ağır çəkili balıqları tutmaq üzrə uzun müddət dünya rekordu qazanır. O, həmişə deyirdi ki, idman canının sağlamlığıdır.
George G.Byron

George G.Byron

Böyük ingilis şairi G. Byron (Bayron) dünyaya gələndə bir ayağı zədələnmişdi və ömrünün axırına kimi axsadı. Bundan çox əziyyət çəkən şair idmanla məşğul olur və bununla öz nöqsanını kompensasiya edirdi.

C.Bayron güclü idi, bədəni atletlərin bədəninə oxşayırdı. O, idmanın bir neçə növüylə məşğul olurdu. Suyun altında 5 metrə qədər üzürdü, Temza çayını və Dardanel boğazını Abidosdan Sestosa kimi birdəfəyə (7,412 km) üzüb keçirdi.

O, öz çəkisinə fikiк verirdi, buna görə də gündə bir dəfə yeyir, pivə içmirdi. Nahardan sonra o, ancaq idmanla məşğul olurdu. Hər gün meşədə at sürürdü və sonra göldə qayıqla məşq edirdi. Boks və qılıncoynatmada yaxşı idi. Piyada gəzməyini xoşlayırdı.

Rəssam Leonardo do Vinçinin fizika, riyaziyyat, astronomiya ilə məşğul olduğunu yəqin çox adam bilir. Lakin çox az adam bilir ki, o, bütün bunlarla yanaşı, həm də qızğın şəkildə alpinizm həvəskarı olub və bir sıra yüksəkliklərin fəthində iştirak edib.

Məşhur fizik Niels Bohr həm də gözəl futbolçu olmuş və ölkənin yığma komandasının tərkibində mərkəzi hücumçu kimi oynamışdı.

Nobel mükafatı laureatı, fizik Jean Frédéric Joliot-Curie fransızlarla ingilislərin gənclərarası futbol matçından sonra futbolçu kimi müqavilə bağlamaq barədə rəsmi dəvət almışdı.
Dünyada məşhurlaşdıqdan sonra da o, idmanla məşğul olmağı davam etdirmiş, qışda xizək, yayda balıq tutmaqla və alpinizmlə məşğul olmuşdu. O, hətta bir dəfə 4665 m hündürlükdə zirvəni fəth etmişdi.

Rus klassiklərindən biri A.Kuprin idmanın bütün növlərinib camaat arasında geniş yayılmasında təbliğatçı kimi fəaliyyət göstərib və bu barədə jurnallarda məqalələr dərc etdirirdi. Kuprin özü də idmanla məşğul olurdu.

Səhər tezdən o, ya çayda üzürdü, ya da soyuq su ilə çimirdi, sonra gimnastika məşqləri edirdi. Aviasiya ilə çox maraqlanırdı, suyun altına üzürdü, dənizdə yelkənlə gəzintiyə tez-tez çıxırdı, yaxşı atlı idi.

M.Lermontov

M.Lermontov

Şair M.Lermontov idmanı hər şeydən üstün tuturdu. Rus güləşinə maraq göstərirdi, hətta özü kazaklarla çox güləşərdi. Qarabağ ayğırında igidlərlə bərabər, öz məharətini göstərirdi.

Konki ilə məşğul olurdu. Qılıncoynatmanın bütün növlərində də öz bacarığını neçə dəfə sübut edib. Kənddə olanda piyada çox gəzirdi.

Şair A.Puşkinin idmana şiddətli həvəsi vardı. Onun idmana marağına şeirlərində, məktublarında, şəkillərində də rast gəlmək olar.

O, şahmat həvəskarı və boksçu idi, güləşlə maraqlanırdı, at və konki sürürdü, qılıncoynatma təlimi keçirdi, soyuq çayda çimirdi, tapançadan atmağı, piyada gəzməyi, hətta ağır əşyaları da qaldırmağı xoşlayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG