Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44

-

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının «İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi»nə baxılması barədə müraciətinə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi məktubla cavab verib. Məktubda deyilir: «Bildiririk ki, göndərilən layihədə məqsədəuyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqla aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq...».

«BİR QRUP XARİCİ VƏ YERLİ MÜTƏXƏSSİSLƏRLƏ...»

Hazırda ABŞ-ın Dyuk Universitetində çalışan ADR sədri Qubad İbadoğlu məsələyə münasibət bildirib:

«Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinə töhfə verməkdir. Bir Azərbaycan vətəndaşı kimi, dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və kənar qüvvələrin onun zəifləməsindən istifadəsinə yol verməmək istəyirəm. Elə bu məqsədlə də bir qrup xarici və hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, «İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi»ni hazırladıq və kömək məqsədi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik».

Günün bütün mövzuları

XS
SM
MD
LG