Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:46

Keçmiş aparat rəhbərindən şikayətçilər artır


Adəm Məmmədov
Adəm Məmmədov

-

«Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) keçmiş Aparat rəhbəri ilə bağlı daha 10 nəfər zərərçəkən mənə müraciət edib».

Bunu vəkil Adəm Məmmədov «Report»a bildirib.

Vəkil həmin vətəndaşlarla bu günlərdə görüşdüyünü bildirib. «Hüquqlarını müdafiə etdiyim şəxsdən başqa daha 10 nəfər zərərçəkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə külli miqdarda pul verdiklərini dedilər. Bəziləri mənə bildirib ki, işə düzəltmək adı ilə pulları keçmiş Aparat rəhbəri komitə adından alıb. Amma komitə rəsmiləri verdikləri vədə əməl etməyib. Həmin zərərçəkmiş şəxslərlə də müqavilə bağladım» - deyə vəkil bildirib.

Vəkilin deməsinə görə, zərərçəkən şəxslər AQUPDK-nın sədri Hicran Hüseynovanın ünvanına da ittihamlar səsləndirib.

A.Məmmədov AQUPDK Aparatının keçmiş rəhbəri S.İmanovun bir vətəndaşdan icra başçısının müavini vəzifəsinə düzəltmək vədi əvəzində 70 min ABŞ dolları alması haqda açıqlama vermişdi.

Qeyd edək ki, S.İmanov 2015-ci il noyabrın 1-də AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib.

Komitə iddia edilən faktın araşdırılması üçün bu il fevralın 5-də rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. S.İmanovun yanvar ayında ölkədən getdiyi deyilir.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da vəkilin iddialarına münasibət bildirib. O, modern.az saytının sorğusuna cavab olaraq araşdırmaların davam etdirildiyini deyib:

«Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə görə çox şey deyə bilər. Bu onun haqlı olduğunun göstəricisi deyil. Hər şey araşdırmaların nəticəsindən sonra bəlli olacaq».

XS
SM
MD
LG