Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

Yük maşınlarına qayıtmaq icazəsi verildi


Ukraynada Rusiya maşınları saxlanır, arxiv fotosu

Ukraynada Rusiya maşınları saxlanır, arxiv fotosu

-

Rusiya və Ukrayna saxladıqları yük maşınlarına vətənlərinə qayıtmağa icazə verib. Həmin maşınların tranzit həyata keçirməsi qadağan olunmuşdu.

Rusiya ərazisində 600 Ukrayna qeydiyyatlı maşın saxlanıb. Elə təxminən o sayda da Rusiya qeydiyyatlı maşın Ukraynadadır. İcazə müddəti fevralın 25-dək davam edəcək.

Hazırda Rusiya yük maşınları Avropaya yetişməkdə problem yaşayırlar. Moskvanın Polşayla tranzit sazişinin müddəti də bitib.

Nəqliyyat nazirliyinin məlumatına görə, hazırda Rusiyadan yükün böyük hissəsi Belarus maşınlarına ötürülür ki, Polşa ərazisindən tranzit davam etsin.

Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ikitərəfli münasibətlər pisləşib. Bu ölkə bir-birinə müxtəlif qadağalar qoymağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG