Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:49

-

BMT bildirir ki, Suriya hökuməti ölkənin mühasirədə olan yeddi bölgəsinə humanitar yardım çatdırılmasına icazə verib.

Həmin ərazilər şimaldakı İdlib əyalətində Deir ez-Zor, Foah və Kafraya, eləcə də Dəməşəq yaxınlığındakı Madaya, Zabadani, Kafr Batna və Madamiyet Elshamdır.

Artıq humanitar yardım agentlikləri bu bölgələrə yardım hazırlığı görür, bir neçə günə yola düşəcəklər.

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura fevralın 15-də Dəməşqdə olub, bundan sonra hökumət humanitar yardıma razılıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG