Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

BMT kürdlərin bombalanmasından narahatdır


Suriyada kürdlər YPG-nin bayrağını dalğalandırır

Suriyada kürdlər YPG-nin bayrağını dalğalandırır

-

BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyada kürdləri bombalamasından “narahatlığını” bildirib. Bunu BMT diplomatları fevralın 16-da Rusiyanın xahişilə keçirilən görüşdən sonra deyiblər.

Venesuelanın BMT-dəki səfiri Rafael Dario Ramirez Carreno-nun sözlərinə görə, “Təhlükəsizlik Şurasının bütün üzvləri razılaşıblar ki, Türkiyədən beynəlxalq qanunlara əməl etməyi istəsinlər”.

Türkiyə ötən həftəsonundan bəri kürdlərin YPG qruplaşmasının mövqelərini bombalayır. Ankara ABŞ-ın İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı mübarizədə müttəfiqi olan YPG-nin Suriya sərhədi boyunca möhkəmlənməsindən narahatdır.

Türkiyə xəbərdarlıq edib ki, YPG onunla sərhəddə yerləşən Azaz şəhərini tutmağa cəhd etsə, “ən sərt reaksiya” ilə qarşılaşacaq.

Türkiyənin hərəkətləri Moskva və Dəməşqin narahatlığına səbəb olub. Vaşinqton isə daha təmkinli davranıb, Türkiyədən bombalamanı kəsməyi xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG