Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:58

Cəbhəçi oğluna 20 sutka həbs


-

AXCP Sabirabad rayon şöbəsinin Ali Məclisinin üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmov fevralın 16-da həbs edilib. “Azadlıq.info” xəbər verir ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə ona inzibati qaydada 20 sutka həbs cəzası verilib. Oğlunun niyə həbs olunması və harada saxlanması barədə Sahib Rüstəmliyə məlumat verilməyib.

Sahib Rüstəmli deyir ki, onun özünü də həmin gün Sabirabad rayon Polis İdarəsinə çağırıb hədə-qorxu gəliblər. Facebook fəaliyyətinə son verməyi, fəal olmamağı tələb ediblər. Fevralın 16-da eyni zamanda, həm Sahib Rüstəmlinin, həm də həbs edilən oğlu Rail Rüstəmovun avtomobilləri əllərindən alınaraq cərimə meydançasına aparılıb.

Sabirabad polisindən Sahib Rüstəmovun hədə-qorxu ilə bağlı dediklərinə, hələ ki, münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG