Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:34

-

ABŞ Prezidenti Barack Obama Rusiyanı Suriyada müharibəni deyil, sülhü dəstəkləməyə çağırıb və deyib ki, bu həftə başlanması gözlənən atəşkəs Moskvanın niyyətləri üçün bir sınaqdır.

Rusiya və Suriya liderləri son vaxtlar üsyançı qruplara qarşı mövqelərini möhkəmləndirmələri barədə bəyanatlar verirlər. Bashar al-Assad-ın əsgərləri Rusiya hava zərbələrinin dəstəyilə “ilkin irəliləyiş” əldə edə bilər, ancaq ölkənin dörddə üçü onların nəzarətində deyil, Obama bunu fevralın 16-da Kaliforniyada Şərqi Asiya sammitindən sonra jurnalistlərə deyib.

Prezident onu da sözlərinə əlavə edib ki, Rusiya və Suriyanın əldə etdikləri insan taleləri, minlərlə suriyalının məcburi köçkünə çevrilməsi hesabına başa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG