Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Vahiməli Ay. And olsun Tanrının iç-çalatına! (şeirlər)


Kilsədə dua edən

Kilsədə dua edən

-

Malik Məmmədli

Dəccalın doğuluşu

Vahiməli ay

Şərqdən Qərbə doğru çəkilir,

Aydın gecə yerini yavaş-yavaş qatı dumana verir...

***

Diksinti ilə yuxusundan ayılıb donuq gözlərini qırpır

Pəncərə önündəki ikona,

Baxır əllərinə və titrəyən şama.

Qadın əvvəlcədən duyuq düşüb sanki...

İudey,

Gecə,

Kələk,

Ah Madonna, Madonna.

Yan-yörəsinə boylanan narahat üz,

Açıq qəhvəyi quru dodaqlar

Yumulub-açılır,

Qadın boğulur,

Sızıldayan döş ucları, dağınıq saç,

Aralı qapıdan içəri abırsızcasına yüngül meh soxulur.

Qarabasma,

Mələk,

Mələk!

Ah nə dayan, nə gecik

Dolur vədə

Tez ol ürəyini ovcuna aç!

Bir anlıq cansıxıcı sükut çökür torpağa və aha,

Ağrılı pıçıltı..

"Nə qəribə gecədir, Yehova.."

Sakit ol,

Madam Sosostrisdən sənə müjdə var:

Onsuz da çox qalmayıb sabaha.

***

Belindəki ağrını yerə töküb

Arvadının yanına tələsir yuxulu dülgər

Hardasa uzaqda

Şeypur çalır qoca fil.

***

Çayın sol sahilində Tristan və İzolda səslənir

Alaqotu içindəki daxmadan..

Sibilin lənətinə tutulmuş yuxusuz qarı

Süleymanın süfrəsinə yenə qonaq edir divləri.

Gah əlinə bıçaq alıb bütöv ayı dilimləyir,

Gah ocağın üstündəki cadugər qazanını körükləyir,

(İçində Solomonun budları)

Gah da şeytanların dairəvi rəqsinə qoşularaq

Lüsiferin cibindən götürməyə can atır ölüm təknəsinin açarını..

***

Nazarətli fahişə darvaza üstündən asdığı yaylığını əzizləyib

pıçıldayır rüzgara:

Ey ruh, gecikmə!

***

Gecikmədən kitabını açıb qeyd edir tarsuslu farisey -

Birinci məktub:

Bel ami, sənə əmanətdir ələm çiçəkləri!

Yolu Hindistana.

***

Elə bu əsnada son fırıldağını qurur

Köhnə paqan məbədindən aya avqur gülüşü ilə baxan təkgöz sehirbaz.

Kartlarını çıxarıb qəh-qəhəsi ilə onlara qoşulur

Qaranlığın sisindən iblisə labirint toxuyan divar küncündəki səfil qumarbaz..

12 mil aralıda bazar meydanı,

Cinlər daş-qalaq edir Şərqin ən böyük rəqəmini.

Ulduzlar bir söz demədən göydən yerə tökülür

Səmərqəndin üstünə

Dəli olublar sanki..

***

Aviyon...

Gecənin bir aləmi

Divardakı xaçdan musiqi yüksəlir,

Diksinir böyük inkvizitor,

Əl ataraq otaqda dolaşan kölgəyə ixtiyarsız

İxtiyar

Havanı qamarlamağa çalışır.

Dar gəlir bədəninə ayin cübbəsi

Bu nədir belə?

Ağzını yumub-açır..

Lənət gəlsin, hələ burda..., hələ burdadı.

"Deyəsən axı, deyəsən axı havam çatmır"..

Şeytan hikkəsi, şeytan hikkəsi!

Qəfil yerindən qalxıb Məryəmin dodağına yapışır

Öpür, öpür,

Söz verib körpəyə

Bu gecə ağlayacaq doyunca..

Zəng!

Axşam duası, Axşam duası!

Müqəddəs ata, Müqəddəs ata!

"And olsun Tanrının iç-çalatına!"

***

Bu nə sirdir..

Qəfəsdəki papuqay qaranlığa əl çalır?

Eh, onsuz da yeni olan hər şey xatirədir..

***

Çayırlıqda aşmış araba,

Keçənlərə yol göstərir yanındakı lal təlxək

Həyasızcasına.

Öz oğlunun güllələnməsinə xeyir-dua verir

Xırdavatçı ana

Əlacsızdır ...

Kadr yaxınlaşır - zuum,

Və budur

Afrikanın sərhəddi,

Su Üstündə gəzir Tesey,

Sərxoşdu amma yıxılmır.

Bir az aralıda

Kədərlə fleyta çalır Ariadna

Öz taleyini öncədən görmüşcəsinə,

Başında tərk edilmək sevdası

Və məktub gəlir xaç üstündəki oğrudan

"Məni daha gözləmə, quzum..."

***

Dionisin şərəfinə kəsilmiş qurbanların tüstüsü

Nildən Qüdsə doğru yol alır

Və tüstüyə yoldaşlıq edir

Hüzünlü xordan yüksələn səda:

"Bu gecə Mələk yerə enəcək!

Bu gecə Mələk yerə enəcək!"

Günün bütün mövzuları

XS
SM
MD
LG