Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:13

Belarus prezidenti Aleksandr Lukashenka Avropa Birliyinin Minskə qarşı sanksiyaları qaldırmasını alqışlayıb.

Lukashenka bildirib ki, Avropa Birliyi nəhayət başa düşdü ki, Belarusla qarşıdurmadan imtina etməyin vaxtı çatıb.

O fevralın 16-da bildirib ki, Avropa Birliyinin bu qərarı bizi tam qane edir.

Qeyd edək ki, Avropa Birliyi fevralın 15-də Belarusa qarşı sanksiyaların əksəriyyətini götürüb.

Söhbət prezident Lukashenka da daxil olmaqla Belarus rəsmilərinə qarşı viza qadağası və bank hesablarının dondurulmasından gedir.

Amma Belarusa silah embarqosu hələ də qüvvədə qalır.

Bu, son vaxtlar Avropa Birliyi ilə Minsk arasında münasibətlərin istiləşməsi fonunda baş verir.

Belarus rəhbərliyi ötən il siyasi məhbusların azad edilməsi və Ukrayna münaqişəsinin həllində roluna görə Qərbin rəğbətini qazanıb.

Moskvanın yaxın müttəfiqi olan prezident Aleksandr Lukashenka son vaxtlar eyni vaxtda Qərblə yaxın əməkdaşlığa can atır.

Qeyd edək ki, Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya birliyinin üzvüdür

Günün bütün mövzuları

XS
SM
MD
LG