Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

Ukraynanın baş prokuroru Viktor Shokin fevralın 16-da istefa verib.

Bu barədə yerli media məlumat yayıb.

Prezident Petro Poroshenko bundan əvvəl hökumətə etimadı bərpa etmək üçün baş nazir Arseniy Yatsenyuk və baş prokuroru istefa verməyə çağırmışdı.

Baş prokurorun istefasını özünün Tvitter səhifəsində deputat Mustafa Nayyem də təsdiqləyib.

Baş nazir Yatsenyuk isə parlamentdə etimadsızlıq təhlükəsi ilə üzləşib.

Yatsenyuk parlamentdə çıxışında istefa barədə bir şey deməyib, amma parlamentin istənilən qərarını qəbul edəcəyini deyib.

O hakim koalisiyadakı bir sıra tərəfdaşlarının dəstəyini itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG