Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28

Argentinada futbolçu qırmızı vərəqəyə görə hakimi öldürüb.

"Goal.com" saytının məlumatına görə, bu Kordova şəhərində aşağı liqada keçirilən oyunda baş verib.

Cesar Flores adlı 48 yaşlı hakim futbolçuya qırmızı vərəqə göstərib.

Adı açıqlanmayan 25 yaşlı oyunçu meydanı tərk etsə də, sonra geri dönərək hakimi güllələyib və o aldığı 3 güllə yarasından yerindəçə keçinib.

Güllələr hakimin başı, boğazı və sinəsinə dəyib.

Hirsi soyumayan futbolçu rəqib komandanın oyunçusu Walter Zarateyə də atəş açıb.

Onun xəstəxanaya götürüldüyü və həyatinın təhlükədə olmadığı bildirilir.

Futbolçu hadisə yerindən qaçıb, hazırda axtarışı gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG