Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

►"Qanundankənar" vəkillər cərimə olunacaqlar

Martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi vəkillik fəaliyyəti ilə məşğul olanlara məhdudiyyətlər nəzərdə tutur.

Fevralın 15-də açıqlanan yeni məcəllə vəkil adından qanunsuz istifadəyə görə məsuliyyət nəzərdə tutur.

Məcəllənin 399-cu maddəsinə görə, o şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununda nəzərdə tutulan qaydada status əldə etmiş olsunlar.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna görə isə, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunan qaydada qəbul edilən və vəkil andı içmiş şəxslər bu fəaliyyəti həyata keçirə bilərlər.

Yeni məcəllə başqa bütün hallarda gəlir əldə etməklə vəkillik edənlərin inzibati qaydada cərimələnməsini nəzərdə tutur.

Bu halda fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslərsə altı yüz manatdan səkkiz yüz manatadək məbləğində cərimə ediləcəklər.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Prezident İlham Əliyev fevralın 15-də yeni İnzibati Xətalar Məcəlləsini təsdiq edib. Məcəllə mart ayının 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, son illərdə bir sıra tanınmış vəkillər kollegiya üzvlüyündən xaric ediliblər. Bunlar əsasən müxalifətçiləri və hökuməti tənqid edən ictimai fəalları müdafiə edən vəkillərdir.

Hazırda kollegiyadan xaric edilmiş vəkillər yalnız mülki işlərə çıxa bilərlər. O da vəkil yox, nümayəndə kimi.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG