Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:48

-

Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması üçün 3 ay müddətində təkliflər hazırlayıb prezidentə təqdim etməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Bu agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən və tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən icra hakimiyyəti orqanı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG