Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:09

Azərbaycandan 33 kilo qızıl aparanlar tutuldu


Qızıl
Qızıl

-

Türkiyənin hüquq-mühafizə qurumları Azərbaycandan bu ölkəyə xalis qızıl külçə aparan şəxsləri saxlayıblar.

ANSpress-in xəbərinə görə, əməliyyat İstanbulda həyata keçirilib. Polislər şübhə doğuran Azərbaycan dövlət nömrə nişanlı avtomobilə baxış keçiriblər. Baxış zamanı avtomobildə 33 kilo 576 qram ağırlığında 39 ədəd xalis qızıl külçə aşkar edilərək götürülüb.

Türk hüquq-mühafizə qurumları xəbər verir ki, külçələr Azərbaycandan İstanbula qaçaqmalçılıq yolu ilə gətirilib. Əməliyyat zamanı adları gizli saxlanılan 30 və 32 yaşlarında iki nəfər saxlanıb. Onlar istintaqa ilkin ifadələrində Türkiyədə qızıl baha olduğu üçün satışı burada həyata keçirmək istədiklərini bildiriblər.

Yanvarın 27-də Azərbaycandan Gürcüstana qeyri-qanuni yollarla qızıl keçirmək istəyən bir nəfər «Sınıq körpü» sərhəd-keçid məntəqəsinin Gürcüstan hissəsində saxlanılmışdı. Saxlanılan şəxsin əl çantasından 73.99 qr. qızıl aşkarlanmışdı.

XS
SM
MD
LG