Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Böyük Britaniyanın baş naziri David Cameron Brüsseldə danışıqlara başlayıb.

O evralın 16-da Avropa Parlamentinin prezidenti Martin Schulzla görüşüb.

Qeyd edək ki, Cameron Avropa Birliyinin daxilində islahatlar aparılmasını təkid edir və buna dəstək qazanmağa çalışır.

Schulz bu məsələ ilə bağlı nə vaxtsa razılığa gəlinəcəyinə ümidlə yanaşdığını deyib və bildirib ki, Avropa Parlamenti tezliklə prosesə başlayacaq.

Amma o qeyd edıb ki, parlamentdə hansı nəticə əldə olunacağına tam təminat verə bilməz.

David Cameron bundan əvvəl bildirib ki, əgər islahatlarla bağlı razılıq əldə olunsa Böyük Britaniya Avropa Birliyində qala bilər.

Qeyd edək ki, 2017-ci ildə Britaniyada bu məsələ ilə bağlı referendum keçiriləcək.

Avropa Şurasının rəhbəri Donald Tusk fevralın 15-də Böyük Britaniyanın Avropa Birliyindən çıxma riskinin tam real olduğunu xəbərdarlıq edib.

O qeyd edib ki, bu miqrant böhranı kimi Avropanın gələcəyi ilə bağlı qarşıda duran əsas roblemlərdən biridir.

Donald Tusk bu məsələlərin Avropa Birliyinin fevralın 18-də keçiriləcək sammitində müzakirəyə çıxarılacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG