Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

-

Səbail Rayon Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibatı iddiasına baxılıb. ANSPRESS-in xəbərinə görə, məhkəmənin qərarına əsasən, işlərin hər biri yenidən baxılması üçün MTRŞ-ya göndərilib.

Qeyd edək ki, ANS MTRŞ-nın ötən il oktyabrın 5 və 13-də çıxartdığı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə şikayəti təmin etməmişdi.

Qərardan narazı qalan şirkət Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. On dörd şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG