Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:34

Qazaxıstan rəsmiləri Bakı limanında


Foto illüstrasiya
Foto illüstrasiya

-

Qazaxıstan baş nazirinin birinci müavini Bakytzhan Sagintayev-in başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır. Baş nazirin birinci müavini bu səfəri çərçivəsində Ələtdə tikilməkdə olan yeni Bakı Limanında və Əsas Yük Terminalında olub.

«Report»un xəbərinə görə, Bakı Limanının baş direktoru Taleh Ziyadov nümayəndə heyətini limandakı iş prosesi ilə yaxından tanış edib. Yükdaşımanın sürətləndirilməsi yönündə fikir mübadiləsi aparılıb. Bakı və Aktau limanları arasında mövcud əməkdaşlıq ənənəsinə uyğun müntəzəm məlumat və təcrübə mübadiləsinin aparılması müsbət dəyərləndirilib.

Görüşdə həmçinin Bakı Limanının perspektivləri barədə danışılıb.

Bakı Limanı Türkiyədən Orta Asiyaya hərəkət edən yük maşınları üçün əlverişli şərait yaradılması və ümumilikdə keçid qaydalarının sadələşdirilməsi istiqamətində bir sıra işlər görüb.

Xəbərdə deyilir ki, bir müddət əvvəl maşınlar əraziyə daxil olarkən yükaşırma proseduru 2 gün vaxt alırdı. İndi yeni sistemin tətbiqindən sonra maşınların bərəyə yüklənməsi cəmi 3 saat çəkir.

XS
SM
MD
LG